Bu gün səhər saat 4 radələrində Neftçala rayonunda intihar hadisəsi baş verib.
starxeber.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, Neftçala rayonunun Xəzərkənd kəndinin sakini, 1989-cu ildə anadan olmuş Turanə Gülhüseyn qızı Sərhədova özünü həyətlərindəki yarımtikilinin qapısından asaraq intihar edib.
Hələlik intiharın dəqiq səbəbi müəyyən olunmasa da, hadisənin ailənin qaytara bilmədiyi borc ucbatından baş verdiyi deyilir.