» » Cennifer Lopez Türkiyə konserti üçün bunları tələb etdi:


Dünya şöhrətli amerikalı müğənni Cennifer Lopezin Türkiyənin Antalya şəhərindəki konserti üçün tələb etdiyi istəkləri ilə gündəmə gəlib.

starxeber.az türk mətbuatına istinadən xəbər verir ki, dünya ulduzu Antalyada gecəsi 25 bin TL (təxminən 7 min AZN) olan Kral Villasında qalacaq. Qaldığı müddətdə villada temperatur 14 dərəcə olacaq. Otaq ağ rəng ilə dekorasiya olunacaq.

Yataq otağında ağ gül və zanbaq olacaq. Qreypfrut və limon çiçəyi qoxulu mumlar yerləşdiriləcək.
49 yaşlı ulduz otağında həmişə şokolad, çərəzlər, cips və meyvənin olmasını istəyib. Yeməkləri isə villanın mətbəxində xüsusi hazırlanacaq.

Qeyd edək ki, Cennifer Lopez avqustun 6-da "İts my part" turnesi çərçivəsində Antalyanın Serik rayonunda "Regnum Carya" hoteldə konsert proqramı ilə çıxış edəcək.