» » Fahişə Bakıda iki ərəb turisti belə qarət etdi:


Bakıda İraq vətəndaşlarının qaldığı ev qarət olunub.

starxeber.az trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində baş verib.

Bakıya turist kimi gələn İraq vətəndaşı, 1982-ci il təvəllüdlü Qusay Casim Kareem polisə müraciət edərək bildirib ki, mayın 26-da onun yataq otağından masanın üstündən "Samsung" markalı mobil telefon, onunla birlikdə qalan 1988-ci il təvəllüdlü Səfa Hüseyn Kəriminin isə mobil telefonu və şalvarının cibindən 2000 dollar oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.