» » Cəmil fəxri qonaq kimi "Mister və Miss Kids"a dəvət edilib


 “Testene Art Baku” birincimiz, müğənni Cəmil  iyunun 2-də ROMANCE Hall-da keçiriləcək  “Mister və Miss Kids 2019” yarışmasının final mərhələsində fəxri qonaq kimi iştirak edəcək. 

starxeber.az-a  danışan Cəmilin piar- meneceri Elton Hacıyev  bu haqda məlumatı verib:

"Gənc ulduz Cəmil " Mister və Miss Kids 2019" yarışmasının final gecəsinə fəxri qonaq qismində iştirak etmək üçün ora gedəcək. Hər çıxışı bir şoudur. Cəmil üçün səhnə müqəddəs məkandır. Konsertə ciddi hazırlaşır. Eksklüziv səhnə kostyumu olacaq. Həmin libasın üzərində bir neçə modelyer işləyir. Bundan əlavə,  hazırlanmış bir yeni mahnısı var. Onu hələ heç yerdə səslənməyib. Pərəstişkarları  həmin mahnını tədbir axşamı dinləyə biləcək. Cəmili sevənlər bombalara hazır olsun”.

Qeyd edək ki, tədbirin təşkilatçısı  tanınmış prodüser və aparıcı Sədaqət Rəşidqızıdır.