Müğənni Sevinc Musayeva yeni mahnısını təqdim edib.
starxeber.az xəbər verir ki, ifaçının müəllimlərə həsr etdiyi mahnı “Mənim Əvəz müəllimim” adlanır.
Sözügedən mahnının sözləri bacısı Aygün Musayevaya, musiqisi isə müğənninin özünə məxsusdur. Mahnının aranjimanı Əvəz Muradova aiddir. Gitarada İntizar Məmmədzadə ifa edib.