» » Röya Ayxan Rəhim Rəhimliyə söz atdı


Əməkdar artist Röya Ayxan “Hər şey daxil” verilişinin qonağı olub.

starxeber.az  xəbər verir ki, müğənninin verilişdə aqressiv olması diqqət çəkib. Repertuarındakı mahnıları canlı oxuyub.

Səsinin zəif gəlməsi Röyanı əsəbləşdirib və o musiqiçilərini danlayıb.

Daha sonra ifaçı mahnılarından danışıb:

“Mənə yaxşı sevgili qismət olmayıb. Mənim kimi qız elə sevgilisiz olsa, yaxşıdır. Azad qadınam, çərçivəni sevmirəm. Hamı elə fikirləşir ki, mahnı oxuyanda özümə həsr edirəm. Hərə bir mahnını mütləq nəyəsə həsr edir. Hamının sevgisini hiss edirəm. Mahnı oxuyanda başqalarının sevgisinin enerjisi də mənə təsir edir. Enerji önəmlidir. Əsas odur ki, səsin mahnıya yaraşsın”.

Tolik veriliş zamanı Röyanın ifa etdiyi “Yağış” mahnısının hekayəsindən söz açıb: 

“Röya bu mahnını gecə 3-də ağlayaraq oxuyub. Aranjimançı dedi ki, ağladığını hissəni kəsəcəyəm. Röya razılaşmadı. Dedi ki, bu hissə qalsın. Biz əkizlər bürcündə süni ağlamaq yoxdur, dərmandan istifadə etmirik”.

Röya isə “Əkizləri zəlil qalsın” deyə, Tolikə cavab verib.
İfaçının küsülü olduğu Rəhim Rəhimliyə söz atması da diqqətdən qaçmayıb. O, “Yaxşı musiqi kanalı açmaq lazımdır ki, kliplərimiz yayımlansın. Rəngi bilinsin. “Xəzər” kimi səviyyəli olsun”-, deyə bildirib.

Qeyd edək ki, hazırda Rəhim Rəhimli Azərbaycanda ilk musiqi kanalı olan “Muz TV”nin rəhbəridir. Rəhim ilə Röya uzun illərdir küsülüdür. Onların küsməsinə səbəb Aygün Kazımova olduğu deyilir.