» » Nigar Camal sevgili tapıb -


"Eurovision 2011" qalibi Nigar Camal sevgilisi olduğunu etiraf edib.

Müğənni bu barədə "ATV maqazin onlarla" proqramında danışıb. Nigar bildirib ki, gözəl münasibəti var və xoşbəxtdir:

"Sevdiyim insanın əsiriyəm. Sevgilim var. Özümü xoşbəxt hiss edirəm".

Qeyd edək ki, həyat yoldaşından illər əvvəl boşanan Nigarın 2 qız övladı var. Sənətçi hər dəfə yenidən ailə qurmaq və üçüncü dəfə ana olmaq istədiyini deyib.

//axsam.az