» » "Sənin nələr çəkdiyini yaxşı bilirəm..." -


“Sənin indi nələr hiss etdiyini çox gözəl anlayıram. Bir söz var, deyirlər, dərdi çəkən bilər. Amma inan ki, yaşadıqların bir yuxu kimi arxada qalacaq.

starxeber.az xəbər verir ki, bu sözləri xərçəng xəstəliyinə qalib gələn vəkil, aparıcı Zülfiyyə Bayramova eyni xəstəlikdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevaya dəstək olarkən deyib. O, saçları tökülən “Toppuş bacı”nı belə təsəlli edib:

“Sən yuxudan ayılacaqsan, inşAllah, sağlamlığına qovuşacaqsan və o anları yuxu kimi xatırlayacaqsan. Bəzən " bütün bunları mənmi yaşadım" deyib təəccüblənəcəksən. Hələ körpə Zəhranın əlindən tutub məktəbə aparanda bütün bu yaşadıqların tamamilə silinəcək həyatından. Saçların da gələcək, yaşananlara inad daha gur və qıvırcıq-qıvırcıq, eyni mənim saçlarım kimi. Yetər ki dilindən şükrü, üzündən təbəssümü əskik etmə. Mən və ailəm səninləyik. Səni sevirik. Tezliklə sağalmışam sözünü gözləyirik səndən. Allah böyükdür Özü sənə şəfa versin”.

Qeyd edək ki, Z.Bayramova mədə xərçəngindən əziyyət çəkib. "Toppuş bacı"nın uşaqlıq yolunda bədxassəli şiş aşkar edilib. Xərçəng aktrisanın boğazına qədər yayılıb.