» » Dünyanın ən varlı qadın müğənnisi oldu


İfaçının “Fenty Beauty” kosmetika brendi var.

Amerikalı müğənni-aktrisa Rihanna musiqi dünyasının ən varlı qadın müğənnisi seçilib.

Bu barədə “Forbes”in açıqladığı siyahıda deyilir. Rihanna 600 milyon dollar gəlirlə Madonnanı qabaqlayaraq birinci olub. İkinci yerdə Madonna (570 mln dollar), üçüncü yerdə Selin Dion (450 milyon dollar), dördüncü yerdə isə Beyonsdur (400 milyon dollar).

Qeyd edək ki, Rihannanın əsas gəliri LVMH şirkəti ilə əməkdaşlıqdan qazandığı pullardır. Bundan başqa, ifaçının “Fenty Beauty” kosmetika brendi var. Məhz bu brendin məhsullarının satışından Rihanna 100 milyon dollar qazanıb.

Rihanna İnstaqram reklamlarından isə 71 milyon dollar gəlir əldə edib.

(qafqazinfo.az)