» » Gəncədə 17 yaşlı oğlan 9-cu mərtəbədən yıxılıb öldü


Gəncədə yeniyetmə hündürlükdən yıxılaraq ölüb.

starxeber.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayonunda bina 2-də baş verib. Orada yaşayan 2002-ci il təvəllüdlü Nıbiyev Vaqif Vasif oğlu, binanın 9-cu mərtəbəsindən yıxılaraq, ölüb.

Hadisənin hansı səbəbdən baş verdiyi, hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.