» » Oğurlandığı deyilən Zəhra ilə bağlı axtarışlar


Bakıda 3 yaşlı Zəhra Bağırzadənin itkin düşməsi ilə bağlı əməliyyat axtarış tədbirləri davam etdirilir.

starxeber.az xəbər verir ki, hüquq-mühafizə orqanlarındanAPA-ya verilən məlumata görə, Sabunçu qəsəbəsində 3 yaşlı Zəhra Bağırzadənin itkin düşməsi ilə bağlı məsələ ciddi nəzarətə götürülüb.


İtkin düşən qızı görən şəxslərin yaxınlıqdakı polis bölməsinə və ya 102-yə müraciət etmələri xahiş olunur.

Qeyd edək ki, 2 gün əvvəl Z. Bağırzadə evlərinin qarşısından naməlum şəraitdə yoxa çıxıb.