» » Timati hamilə sevgilisini göstərdi -


Reperin Alyona Şişkovadan 5 yaşlı Alisa adlı qız övladı da var.
Rusiyanın məşhur reperi Timati (Timur Yunisov) ikinci dəfə ata olacaq.

O, sevgilisi Anastasiya Reşetovanın hamilə olmasını İnstaqram hesabında etdiyi son paylaşımla təsdiqləyib. Bundan əvvəl cütlük, yayılan məlumatlara baxmayaraq, bu barədə açıqlama vermirdi.

Timati Anastasiya ilə bir neçə foto paylaşıb ki, orada da sevgilisinin yumrulanmış qarnı nəzərə çarpıb.

Qeyd edək ki, reperin Alyona Şişkovadan 5 yaşlı Alisa adlı qız övladı da var.


(qafqazinfo)