закрыть
Test

Test2

Azərbaycanda “Dədə malı” adlı yeni serial çəkilir -  FOTOLAR

Maqazin 07-iyn, 15:519 25
Komediya janrında olan "Dədə malı" adlı serialın çəkilişlərinə start verilib.

12 hissədən ibarət serialın rejissoru Vüsal Məmmədov, ssenari müəllifləri Azər Səlimli və Elsevər Camal, prodüseri Şahin Yusifov, quruluşçu operatoru isə Mehdi Yaqubovdur.

Starxeber.Az xəbər verir ki, tamaşaçılara bol gülüş vəd edən serialın baş rollarını məşhur aktyorlar Coşğun Viləş, Rada Nəsibova, Əzizağa Əzizov, Elsəvər Camal və başqaları canlandırır.

"ARB Media Qrup"a məxsus serialın çəkilişləri Xaçmaz rayonunun füsünkar təbiəti ilə seçilən Qıraqlı kəndində, Quba rayonunda, həmçinin Bakı şəhərində aparılacaq.

Ssenariyə görə, uzun müddətdir Bakıda yaşayan iki qardaş, atalarının ölümündən sonra kəndə qayıdır. Xeyli borcu olan qardaşlar atalarından qalan mirası, yəni "Dədə malını" necə böləcəklərinin planını qururlar. Amma atalarının vəsiyyəti onları xeyli təəccübləndirir. Belə ki, vəsiyyətə görə, mirasın qardaşlar arasında bölünməsi üçün inanılmaz şərtlər yerinə yetirilməlidir. Elə bütün macəralar da bundan sonra başlayır.

Serial iyun ayından etibarən hər cümə günü, saat 20:45-də "ARB" televiziyasında yayımlanacaq.


Oxşar xəbərlər

SON XƏBƏRLƏR