» » Kamilə 7 il əvvəl baş tutan toyundan görüntülər yaydı


Aparıcı Kamilə Babayeva 7 il əvvəl baş tutan toyundan görüntü yayıb.

O, videonu İnstaqram səhifəsində yayımlayıb. Evlilik ildönümü münasibətilə yerləşdirdiyi görüntüdə Kamilə "2012.06.06" şərhini yazıb.

İbrahim adlı şəxslə ailə quran Babayevanın bir qız övladı var.

Qeyd edək ki, Kamilənin toyunda qalmaqal yaşanmışdı.
Sözügedən məclisdə baş verənlər hələ də danışılır. Belə ki, məclisdə Xalq artisti Aygün Kazımova ilə Əməkdar artist Röya Ayxan dalaşmışdı.