» » Abşeronda it 5 yaşlı uşağın başını parçaladı -


Abşeronda it 5 yaşlı uşağı dişləyib.

starxeber.az "Report"a istinadən xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində baş verib.


Belə ki, 2014-cü il təvəllüdlü Abdullayev Məhəmməd Mətləb oğlunu qonşunun iti dişləyib. Azyaşlı başın təpə-ənsə nahiyəsinin cırılmış, didilmiş yarası ilə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Yaralının xəsarəti ağır olduğu üçün o, müalicəsini xəstəxanada davam etdirir.