» » Mehmət Əli Ərbildən xəbər var


"Atam xəstəxanada son günlərini keçirir"
Ticarət mərkəzlərindən birində görüntülənən Yasəmən Ərbil 235 gündür xəstəxanada müalicə alan atası məşhur şoumen Mehmət Əli Ərbilin yaxın günlərdə evə buraxılacağını açıqlayıb.

Yasəmən Ərbil atasının səhhətinin yaxşı olduğunu deyib.

O, Mehmət Əli Ərbilin çətin günlərinin arxada qaldığını deyib:

"Atam xəstəxanada son günlərini keçirir. Yaxın günlərdə qismət olsa, artıq evdə olacaq. Vəziyyəti çox yaxşıdır. Bu çətin günlərdə yanımızda olan hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, 61 yaşlı şoumen hamamda yıxılaraq ağır zərbə alıb.(teleqraf.com)