» » Azərbaycanlı müğənninin təqdimatında qalmaqal – FOTO/VİDEO

Azərbaycanlı müğənninin təqdimatında qalmaqal – FOTO/VİDEO


“Lider maqazin” verilişinin aparıcısı Türkan Heydərova müğənni kimi ilk “Ədalətin bumu” adlı klipini mediaya təqdim edib.

STARXEBER.AZ-ın məlumatına görə, Türkan bunun üçün Beynəlxalq Mətbuat Mərkəzində jurnalistləri və sənət dostlarını bir araya yığıb. Tədbiri ilk olaraq aparıcı Zaur Nəbioğlu qonaqları salamlayaraq açıq elan edib. Aparıcı daha sonra qonaqları klipə baxmağa çağırıb. Ekran işi nümayiş olunduqdan sonra Türkan media nümayəndələrinin və qonaqların fikirlərini öyrənmək istəyib. Jurnalistlərdən biri ekran işini bəyənmədiyini deyib. Media nümayəndəsinin bu fikri isə, Türkanın boğazıdan keçməyib. Elə bu zaman tədbirdə qalmaqal düşüb.

İfaçı qalmaqallı klipi barədə bu sözlərini deyib: “Əslində bu klip “Cm group production” tərəfindən mənə pulsuz başa gəldi. Yəni hədiyyə oldu. Mən bu sənətə təsadüfi gələn müğənnilərdən deyiləm. Savadım və 2 diplomum var. İradlarınızı qəbul etmirəm, düşünürəm ki, ekran işi çox yaxşı alınıb. Bu mənim ilk işimdir.  Məncə başlanğıc üçün yaxşı klipdir. Mən bəziləri kimi efirdə yalandan ağlayıb, daha sonra işlər təqdim etmirəm”.

Müğənnin sözlərinə tədbirə qatılan sənət dostları da dəstək çıxıblar. Lakin jurnalistlərlə müğənni arasındakı qalmaqal tədbirin sonuna qədər davam edib.

Xatırladaq ki, bəstənin söz və musiqisi Samir Vidaya məxsusdur. Bək-vokalda müğənni Vüsal Nəsib ifa edib.

Qeyd edək ki, Türkan Heydərovanın klip təqdimatına müğənnilərdən Əbdül Xalid, Könül Məmmədli, Vüsal Nəsib, Ayaz Babayev,  aparıcılar Murad Əzimzadə, Könül Muxtarova, Humay Muxtarova və başqaları gəlmişdi.
Aranjıman Rasim Əsgərova aiddir.






Paylaş:
  •