» » Gənclər Təşkilatları Milli Şurası Gənclər Günü münasibətilə üzvlərini sevindirdi



Gənclər Təşkilatları Milli Şurası Gənclər Günü münasibətilə üzvlərini sevindirdi


Əsas missiyası vətəndaş cəmiyyətinin formalaşmasında gənclər və gənclər təşkilatlarının rolunun artırılması olan Gənclər Təşkilatları Milli Şurası (NAYORA) onlayn formatda təşkilatların Gənclər Gününə həsr olunmuş görüşünü keçirib.   


NAYORA-nın sədri Azər Əliyev açılış nitqində gənclərimizi müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılmış tarixi qələbə münasibətilə təbrik edərək, ölkəmizdə gənclər siyasətinin uğurlu davam etdirilməsində gənclər təşkilatlarının üzərinə düşən məsuliyyətdən danışıb.  


Görüşdə NAYORA-nın sədr müavinləri Ülviyyə Axundova və Rafael Hacıbəyli gənclər təşkilatlarının nümayəndələrini Gənclər Günü ilə bağlı təbrik edərək bu müddət ərzində gənclər təşkilatlarının yerli və beynəlxalq istiqamətdəki fəaliyyətindən danışdılar və xüsusilə beynəlxalq arenada gənclər təşkilatlarının bundan sonra daha da fəal olmağa çağırdılar.


Tədbirdə eyni zamanda NAYORA tərəfindən  #GənclərləBirlikdə onlayn kampaniyasına (challenge) start verilib. Kampaniya çərçivəsində gənclər təşkilatları ötən illər ərzində gördüyü işləri qısa formada ifadə edərək tapşırığı estafet şəklində digərinə ötürürdü. Beləliklə, təşkilatların Azərbaycan gəncliyinin inkişafı naminə gördükləri tədbirlər #GənclərləBirlikdə həştəqi altında sosial şəbəkələrdə paylaşılırdı. 


Görüşdə, həmçinin 4 nominasiya üzrə aşağıdakı 25 təşkilat gənclər siyasətində aktiv fəaliyyətinə görə təltif olunub. 


Beynəlxalq sahədə effektiv fəaliyyətinə görə

“Avropa Gənclər Parlamenti - Azərbaycan” İctimai Birliyi


 “Avropa Tələbələr Forumu-Bakı” İctimai Birliyi

 “Azərbaycanın Rus Gəncləri Assosiasiyası” İctimai Birliyi

 “Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan” İctimai Birliyi

 “Sağlam Düşüncə Gənclər Təşkilatı” İctimai Birliyi 


Gənclərin inkişafına verdiyi töhfəyə görə

“Azərbaycan Skautlar Assosiasiyası” İctimai Birliyi 

“Dan Beynəlmiləlçi Gənclər” İctimai Birliyi 

“Gənclərin Töhfəsi” İctimai Birliyi

“SAF Həyat Naminə” Gənclər İctimai Birliyi  

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi

“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi  


Regionlarda gənclərlə iş sahəsi üzrə fəaliyyətinə görə

“Azərbaycan-Slavyan Gənclər Assosiasiyası” İctimai Birliyi 

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi

“Gənclərin Sosial İnkişafına Dəstək” İctimai Birliyi 

“Gəncliyə Dəstək” İctimai Birliyi  

“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi 

“İşıqlı Gələcək” Gənclər İctimai Birliyi 

“Odlar Yurdu” Gənclər İctimai Birliyi 


 Gənclər sektorunda uzunmüddətli səmərəli fəaliyyətinə görə

“Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi 

“Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti” İctimai Birliyi 

“Bakı Gənclər Klubu” İctimai Birliyi 

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi  

“Gənc Vətənpərvərlər Birliyi” İctimai Birliyi 

“İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyi

“Yeni Yazarlar və Sənətçilər” İctimai Birliyi 


starxeber.az