» » Millət vəkili peyvənd olundu


Bu gün Milli Məclisin VI çağırış deputatı, Regional məsələlər komitəsinin üzvü Səbinə Xasayeva vaksinasiya prosesində iştirak edib. 

“starxeber.az” xəbər verir ki, millət vəkili hər kəsi bu bəladan tezliklə qurtulmaq üçün vaksinasiya prosesində iştirak etməyə çağırıb. Həmçinin millət vəkili Prezident İlham Əliyevin bu sahədə atdığı uğurlu adımmları da qeyd edib.
 
“Bildiyimiz kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının vaxtında və düzgün siyasəti nəticəsində COVİD-19 xəstəliyinə qarşı mübarizə ölkəmizdə uğurlu oldu. Dövlət başçısının göstərişi əsasında COVİD-19 virusu istər əhalinin sağlamlığına, istərsə də ölkəmizdə həyatın bütün sahələrinə vurduğu ziyanın qarşısının alınması üçün vaxtında bütün qabaqlayıcı tədbirlər həyata keçirildi. Ən əsası əhalinin sosial müdafiəsi təmin edildi və insanların dövlət hesabına müalicəsi yüksək şəkildə təşkil edildi. COVİD-19-a qarşı mübarizədə ən mühüm və əhəmiyyətli istiqamətlərdən biri də vaxtında vaksinlərin sifariş edilməsi olmuşdur. Nəticədə bugün vətəndaşlarımız bu təhlükəli xəstəliyə qarşı pulsuz vaksinlə təmin edilmişdir və onlar ardıcıl şəkildə vaksinləri qəbul edirlər.
Bugün mən də bir qrup deputat həmkarımla vaksinin 1-ci dozasını qəbul etdim. Özümü çox yaxşı hiss edirəm. Ona görə də hər kəsi vaksinasiya prosesində fəal iştirak etməyə çağırıram. Bu qorxulu bəlanın qarşısının alınması və səngiməsi məhz vaksinasiya prosesindən keçir.”