» » Xocalı soyqırımı qurbanlarının “Qobu Park”da işıqlı xatirəsi…


Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün inşa edilmiş “Qobu park” yaşayış kompleksində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Azərbaycan 44 gün davam edən Vətən müharibəsində qalib gəldi və soyqırımı qurbanlarının qisası alındı. 

"starxeber.az" xəbər verir ki, gecə vaxtı pəncərələrin işıqları yandırılıb-söndürülməklə kompleksdəki binaların fasadında Xocalı soyqırımını yada salan sözlər və rəqəmlər yazılıb.
Beləliklə, məcburi köçkünlər həmrəylik və birlik nümayiş etdirərək, soyqırımı qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər. Binaların fasadında pəncərələrdən süzülən işıqla bir-birinin ardınca JUSTİCE FOR KHOJALY, XOCALI  sözləri və soyqırımının baş verdiyi tarixi - 26 02 1992, soyqırımı qurbanlarının sayını - 613, faciədən ötən müddəti ifadə  edən - 29 rəqəmləri əks olunub.

https://youtu.be/pZdM3xA-aQE