» » Slavik Alxasov: “Neftçi” bizi qorxutmur"


“Sabah”ın müdafiəçisi Slavik Alxasov komandasının Premyer Liqadakı çıxışları barədə danışıb.

O, "starxeber.az"-a bildirib ki, geniş heyətə malik olsalar da, turnir cədvəlində sonunu yerdədirlər "Bütün bunlar məğlub olduğumuz oyunların nəticəsidir. Amma ardıcıl 2 oyun qələbə qazansaq, hər şey başqa cür olacaq. Uşaqlara deyirəm ki, qarşıda 11 tur var. Bu, yaxşı yer tutmaq üçün kifayət edir. Sadəcə əzmli olmalıyıq". 

O, 18-ci turda qarşılaşacaqları “Neftçi” barəsində bunları deyib: “Rəqibin çempionluğa oynaması bizi qorxutmur. Yalnız 3 xal üçün meydana çıxıb layiqli mühazirə aparacağıq”

S.Alxasov özü haqda bunları deyib: “Durumuma gəlincə, hər şey yaxşıdır. Zədəm yoxdur. Meydana ancaq qalib olmaq üçün çıxıram”.