» » ATV aparıcını işdən çıxarmaq istəyir -


ATV telekanalının idman departamentinin rəhbəri, tanınmış jurnalist İlkin Fikrətoğlu işdən çıxarılmaq təhlükəsi ilə üzləşib.     

Uzun illərdir ATV-də çalışan təcrübəli jurnalistə AFFA-nın fəaliyyətini tənqid etdiyinə görə televiziya rəhbərliyi tərəfindən ciddi təzyiq edilib.

Bir neçə gün öncə futbol üzrə U-21 milli komandamızın Lixtenşteynə biabırçı məğlubiyyəti haqda süjet hazırlayan İ.Fikrətoğlu kanalın məsul şəxslərinin qəzəbinə səbəb olub. Süjetdən narazı qalan ATV rəhbərliyinin tanınmış aparıcını işdən uzaqlaşdıracağı bildirilir.

Bununla bağlı yekun qərarın sabah veriləcəyi bəlli olub.
Qeyd edək ki, təcrübəli jurnalistin peşə fəaliyyəti ilə əlaqədar işsiz qalacağı ehtimalı sosial şəbəkədə şok effekti yaradıb. Sosial mediada İlkin Fikrətoğluna dəstək olaraq yüzlərlə status yazılıb, ona qarşı təzyiqlərin yolverilməz olduğu qeyd edilib. İctimaiyyətin müxtəlif təbəqələri tərəfindən ATV rəhbərliyinin bu addımı böyük qəzəblə qarşılanıb. Aparıcının müdafiəsi üçün dünəndən başlayan dəstək kampaniyası hazırda geniş vüsət alaraq davam etməkdədir.



///axsam.az