» » Tolik Afətin zəngini rədd etdi - "Məni təhqir edənlər qələt edir"


Ötən həftələrdə xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızı ilə bağlı fikirlərini səsləndirmişdi. Qarşı tərəfin sənətçiyə cavabı isə çox sərt olub. Flora xanımın sözlərinə dəstək çıxan isə xalq artisti Brilliant Dadaşova olub. Nəticədə tərəflər arasında qalmaqal yaşanıb.

starxeber.az open.az-a istinadən xəbər verir ki, "Hər şey daxil" verilişinin aparıcısı isə Tolik (Tarix Əliyev) Afətin addımını düzgün olmadığını bildirib.

Fərmanqızı canlı efirə telefonla qoşulmaq istəsə də, onun bu istəyi reallaşmayıb.

Buna görə də Afət "İnstagram"da canlı yayım açaraq öz sözlərini deyib və tez bir zamanda həmin videonu səhifəsindən silib: "Tolikə (Tarix Əliyev) xəbər edin qulaq assın. İndi baxdım verilişə, Tolik deyir ki, Afətin sözü varsa cavab versin. Sözüm odur ki, Brilliant xanımın sənəti varsa, Afət heç bir söz deyə bilməz? Elə deyil. Flora xanımın sənəti, Brilliant xanımın sənətindən də üstündür. Amma burada söhbət sənətdən getmir. Məsələ bunların məni təhqir etməsindən gedir. Məni təhqir edən qələt edir, başını da özü boyda daşa döyür. Bunu da yadınızda saxlayın. Heç kimdən də qorxmuram".