» » Meyxanaçı Elçini Məşədibaba öldürüb, yoxsa...? Mircəlal danışır: “Hər şeyi bilirəm”

Meyxanaçı Elçini Məşədibaba öldürüb, yoxsa...? Mircəlal danışır: “Hər şeyi bilirəm”


Xəbər verdiyimiz kimi mərhum meyxanaçı Məşədibaba Aydəmirovun oğlu Mircəlal atasının həmkarı Elçini öldürməsi ilə bağlı bir sıra faktlar açıqlayıb. Onun sözlərinə görə, Məşədibaba sənət dostunu öldürmək yox, qorxutmaq üçün vurub. Mir Cəlal iddia edib ki, bıçaq yarası öldürcüü olmayıb, lakin Elçini birbaşa xəstəxanaya aparmaq əvəzinə, maşında  7 saat gəzdiriblər. Nəticədə o qan itirərək dünyasını dəyişib. Mərhumun oğlu sözügedən müsahibədə Elçini maşında saaatlarla gəzdirən şəxslərin adını çəkməyib.

“Sherg.az” da mövzu ilə bağlı ətraflı məlumat öyrənmək üçün Mir Cəlalla danışıb. O, bu dəfə də ad həmin   şəxslərin kim olduqlarını söyləməyib:

“Atam sağlığında demədi. Mən də ölənə kimi adlarını çəkməyəcəm. Müsahibədən sonra mənə qarşı təzyiq olmadı. Axı ad çəkməmişəm niyə olsun? Hadisənin yenidən araşdırılmasını istəmirəm. Mən hər şeyi bilirəm. İndi jurnalistlər araşdırır. Boş verin, Allaha buraxaq”.

Samirə Ərəblinski