» » “Yeni Klinika”da 3 aydır maaşlar verilmir - GİLEY

“Yeni Klinika”da 3 aydır maaşlar verilmir - GİLEY


“Yeni klinika”da çalışan tibb işçiləri üç aydır ki, maaş ala bilmirlər.  

starxeber.az xəbər verir ki, bu şikayətlə həmin klinikada çalışan tibb işçiləri müraciət ediblər. 

Onların sözlərinə görə, əmək haqlarının hansı səbəbdən verilmədiyi məlum deyil:

" Üç aydır ki, maaş ala bilmirik. Verəndə 1 dəfə verilir və susdurulur. Həmçinin covid maaşlarımız da kəsilib. Hara müraciət edirik bir əsaslı səbəb deyilmir. Klinikanın rəhbəri Nefçilərin işçilərini yığıb "Yeni klinika"ya üstünlüyü öz işçilərinə verir və bizi əzirlər, nə maaşımızı verirlər, nədə işimizi dəyərləndirirlər. 12 saat N95  maskada oksigensiz dayanmadan işləyirik və sonunda da maaşda  verilmir, həmdə əzirlər təndiq edirlər, qalmağa nə yer, nə də yemək verilmir və üstəlikdə həftə sonları marşurut işləmir bizədə deyilirki işə gəlməlisiniz veclərinə deyil işçi pulu hardan alıb işə gəlməlidir ya yox. 

Hansı səbəbdən verilmədiyi, nə vaxt olacağı məlum deyil”. 


Xatırladaq ki, aylar öncə "Yeni klinika” tibb müəssisəsinin direktoru Pərviz Abbasov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı. O, koronaviruslu xəstələrin tibb müəssisəsinə yerləşdirilməsi müqabilində  yaxınlarından rüşvət almaqda ittiham olunur.