» » Erməni hərbçi təlimdə öldü

Erməni hərbçi təlimdə öldü


Ermənistanda serjant döyüş postunda ölüb, digəri yaralanıb.

starxeber.az-ın xəbərinə görə, Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, sentyabrın 13-də saat 22.00-da serjant Mkrtiç Ovakimyan (1978-ci il təvəllüdlü) güllə yarası alıb. O, yerində ölüb. Yaralı əsgər isə xəstəxanaya yerləşdirilib. Şəxslərin kim tərəfindən vurulduğu məlum deyil. 

Faktla bağlı araşdırma aparlır.  

Hadisənin döyüş xidmətinin düzgün təşkil olunması qaydasının pozulması nəticəsində baş verdiyi ehtimal edilir.

Qeyd edək ki, ehtiyatda olan serjant M. Ovakimyan hərbi toplanışlara cəlb olunubmuş.

Ermənistanda avqustun 25-dən ehtiyat olan hərbi mükəlləfiyyətlilərin 3 aylıq toplanışları başlayıb.