» » İtkin düşən gəncin meyiti tapıldı

İtkin düşən gəncin meyiti tapıldı


Sentyabrın 12-də Göyçay rayonunda itkin düşən gəncin meyiti tapılıb.

starxeber.az xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Bu gün Şirvan su kanalının rayonun Bığır kəndindən keçən hissəsində həmin şəxsin meyiti tapılıb.

 Araşdırma aparılır.

/shownews.az