» » Bu günə qədər əks-göstəriş sertifikatı verilən şəxslərin sayı AÇIQLANDI

Bu günə qədər əks-göstəriş sertifikatı verilən şəxslərin sayı AÇIQLANDI


"Bu günə qədər ümumilikdə 1000-ə yaxın şəxsin müraciətinə müsbət cavab verilib və həmin vətəndaşlar artıq əks-göstəriş sertifikatı alıblar".

Sfera.az xəbər verir ki,bu barədə  Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Stasionar xidmətin təşkili sektorunun müdiri Aytən Sultanova bildirib.

Onun sözlərinə görə, COVID-19 peyvəndi vurdurmağa qarşı əks göstərişlər idarəolunmayan epilepsiya, kəskin koronar sindrom, allergik və onkoloji xəstəliklərə görə, hamiləliyə, südverməyə görə, qan-damar sisteminin ağır xəstəlikləri, xroniki qaraciyər və böyrək xəstəliklərinə görə verilib.
 
(report)