» » "Görün, sizdən ayrı nə haldayam" - Fədayə Laçın

"Görün, sizdən ayrı nə haldayam" - Fədayə Laçın


Müğənni Fədayə Laçın sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

SHOWXEBER.AZ xəbər verir ki, hazırda Rusiyada yaşayan ifaçı ailəsi üçün darıxdığını bildirib.

"İstədim bu halımı hamı görsün, ağlamışam bir az. Heç kimin qanını qaraltmaq istəmirəm, əsla! Hər şey yaxşıdır, şükür. Əzizlərim üçün ürəyim göynəyir, bu qədər. İlahə Fəda, görün, bacınız sizdən ayrı-qəriblikdə nə haldadır...

Çox üzgün olduğum üzümdən bəlli deyilmi? Anamı, özünüzü qoruyun... Allah sizi qorusun. Bu ayrılıqlar bitməz ki... Və hər halımıza şükürlər olsun. Hələ dodağımın uçuqlamağına baxın, iki daşın arasında" deyə, Fədayə paylaşımında qeyd edib./musavat.com