» » “Mən də "qismətim belədir" deyib, dözmüşəm” – Xalq artisti

“Mən də "qismətim belədir" deyib, dözmüşəm” – Xalq artisti


"Dünyamız get-gedə cəhənnəmə dönür, insanlar zombiləşir".

SHOWXEBER.AZ xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkədə yazıb. Aktrisa son günlər baş verən qətllərə diqqət çəkib:

"Oğru elə qışqırır ki, doğrunun bağrı yarılır. Həyatda çox pozitiv insan olmuşam, baxmayaraq ki, həyatım çətinliklərlə dolu olub. Amma buna "qismətim belədir" deyib, dözmüşəm. Bəlkə də onda dərdimi bölüşəcək insanlar var idi. İndi dünyamızın bu hala gəlməsi məni pərişan edir.

Qətl, zorakılıq, etibarsızlıq, şantaj... Allah biz insanlara mərhəmət bəxş etsin. Etinasızlıq... Həyat eşqim sönür artıq"./musavat.com