» » Burak Özçiviti Beyrutda əsgərlər xilas etdi


Onun təhlükəsizliyini 100 nəfər qoruyub

Türkiyənin məşhur aktyoru Burak Özçivit iş üçün Beyruta gedib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, alış-veriş mərkəzində pərəstişkarlarının izdihamı ilə qarşılaşıb.

Aktyor alış-veriş mərkəzinə daxil olarkən insanların aşırı diqqəti ilə çətin anlar yaşayıb. Belə ki, onun təhlükəsizliyini qoruyan 100 nəfərin köməyinə Livan əsgəri gəlib. Nəticədə aktyoru ticarət mərkəzinin anbarına aparıblar.

Alış-veriş mərkəzinin bağlanmasına baxmayaraq Burakın pərstişkarları məkanı tərk etməyib.