» » Səyyad Əlizadə Füzulidə dəfn olunacaq

Səyyad Əlizadə Füzulidə dəfn olunacaq


Ötən gecə koronavirusdan vəfat edən tanınmış müğənni Səyyad Əlizadə bu gün dəfn olunacaq.

Bu barədə SHOWXEBER.AZ-a müğənninin qohumu Razim Qarayev məlumat verib.


O bildirib ki, sənətçinin nəşi bu gün səhər saatlarında ailəsinə təhvil veriləcək. Müğənni vəsiyyətinə uyğun olaraq ana və atasının məzarı yanında - Füzuli rayonunda dəfn olunacaq.


Qeyd edək ki, S.Əlizadə dünən gecə koronavirusdan müalicə aldığı Mərkəzi Gömrük Hospitalında vəfat edib.