» » Səyyad Əlizadənin nəşi ailəsinə təhvil verildi

Səyyad Əlizadənin nəşi ailəsinə təhvil verildi


Xəbər verdiyimiz kimi, müğənni Səyyad Əlizadə dünən axşam saatlarında dünyasını dəyişib.


İfaçının kürəkəni Razim Qasımov Axşam.az-a açıqlamasında bildirib ki, mərhumun nəşi bu gün səhər saatlarında ailəsinə təhvil verilib:


"Hazırda ailəsi dəfn üçün yola çıxıb. Nəşi Füzuli rayonunun Babı kəndinə aparılır. Səyyad Əlizadə orada dəfn olunacaq".


Qeyd edək ki, 63 yaşlı müğənni koronavirus infeksiyasına yoluxmuşdu. O, əvvəlcə Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdirilmiş, daha sonra Mərkəzi Gömrük Hospitalına köçürülmüşdü.


 Həkimlər ifaçının səhhətinin ağır olduğunu, ciyərlərinin 80 faiz buzlaşdığını deyib. S.Əlizadə uzun müddətdir süni komada saxlanılırdı.