» » Oktyabrın 1-i doğulub elə həmin gün də şəhid olan Elvin...

Oktyabrın 1-i doğulub elə həmin gün də şəhid olan Elvin...


Bu gün 44 günlük Vətən müharibəsi zamanı şəhid olan leytenant Elvin Məmmədovun doğum günüdür.

“Qafqazinfo” xəbər verir ki, E. Məmmədov 1997-ci il oktyabr ayının 1-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nəzərabad kəndində anadan olub.

O, sentyabrın 27-dən etibarən döyüşlərə qatılıb. Elə müharibənin başlamasından üç gün sonra anadan olduğu gün-oktyabrın 1-i Füzuli döyüşləri zamanı şəhadətə yüksəlib.

E. Məmmədov ölümündən sonra Prezidentin sərəncamına əsasən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. 

 Qeyd edək ki, 23 yaşlı Elvin Məmmədov Məmmədovlar ailəsinin sonbeşiyidir. Ondan böyük olan iki qardaşı da hərbçidir.