» » Bu ölkə ali təhsilli qəssab axtarır qəssab axtarır - 84 MİN MANAT MAAŞ

Bu ölkə ali təhsilli qəssab axtarır - 84 MİN MANAT MAAŞ


İngiltərədə hökumət ölkədə təlim keçmiş qəssab çatışmazlığı olduğunu açıqlayıb.

starxeber.az xəbər verir ki, Nazirlər Kabineti xaricdən qəssabların gəlməsi üçün viza qaydalarındakı sərtliyi aradan qaldırır.

Bundan əlavə, hökumət qəssabların ölkəyə gəlişi üçün ingilis dilini yaxşı səviyyədə bilmək tələbini də yumşaldır. İmmiqrasiya sisteminə görə, İngiltərədəki qəssablar ixtisaslı işçi sayılır və ölkəyə gələ bilərlər.

Ölkəyə təxminən 1000 əcnəbi qəssab gətirmək planlaşdırılır.

İngilis Ət Emalı Dərnəyinin məlumatlarına görə, supermarketlərdə ət satmaq üçün 15 min işçiyə ehtiyac var.

Dərnək ingilis qəssabların maaşlarının və minimum əmək haqqının artırılmasını təklif edir.

İngiltərədə təhsilli qəssab ildə 37.000 funt sterlinq qazanır. Bu, təxminən 84.630 manata bərabərdir./bizim.media