» » Gürcüstan prezidenti: “Saakaşvilini heç vaxt əfv etməyəcəyəm”

Gürcüstan prezidenti: “Saakaşvilini heç vaxt əfv etməyəcəyəm”


Gürcüstan prezidenti Salome Zurabişvili cümə günü saxlanılan keçmiş dövlət başçısı Mixail Saakaşvilini əfv etməyəcəyini söyləyib.

starxeber.az xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.

Mənbə yazır ki, cümə günü Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Saakaşvilinin Gürcüstanda saxlanıldığını bildirib.

"Hamı qanun qarşısında eynidir. Çoxları prezident Saakaşviliyə mərhəmət göstərib -verməyəcəyimi soruşur, cavab birdir, sadə və qəti - yox, heç vaxt", - o, brifinqdə deyib.

Zurabişvilinin sözlərinə görə, sabiq prezident Gürcüstanda sabitliyi pozmaq üçün gəlib.