» » Zelenski məmuru iclasdan qovdu:"Rədd ol, quldur!" -


Ukrayna Prezidenti Vladimir Zelenski Borispolda keçirdiyi görüş zamanı məmuru zaldan qovub.

İclasın gedişində Borispol Şəhər Şurasının katibi Yaroslav Qodunok spikerin sözünü kəsib. Bu isə Zelenskini əsəbiləşdirib.

Dərhal onun haqqında internetdə araşdırma aparan Zelenski Qodunokun daha öncə məhkumluq həyatı yaşadığını öyrənib. Məlumata görə, katib soyğunçuluq edərək ağır yaralanmaya səbəb olma maddəsi üzrə həbsdə olub.

Bu barədə məlumatı Qodunokun özündən dəqiqləşdirən Zelenski katibi zaldan qovub. "Rədd ol burdan, quldur! Otaqdan çıx. Get gəz. Məni pis eşidirsən?", - deyə Zelenski Qodunoka deyib.



(baku.ws)