» » Hacıqabulda ağır qəza:


Hacıqabul rayonunun Muğan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən starxeber.az-a verilən məlumata görə, iyulun 10-da saat 4 radələrində Hacıqabul rayonunun Muğan kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Cavanşir Qəmbərov vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.



Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.