» » Beren yenə də sualları cavabsız qoydu


"Danışmaq istəmirəm, təşəkkür edirəm"

Aylardır müğənni Kenan Doğuludan gah boşanıb, gah da barışdığı xəbərləri ilə gündəmdə olan aktrisa Beren Saat rəfiqəsi ilə birlikdə restorandan çıxarkən görüntülənib.

“Posta”nın verdiyi xəbərə görə, Saat jurnalistlərin onun sosial şəbəkədəki paylaşımları və Doğulunun konsertinə getməməsi yönündə çıxan xəbərlərə münasibət bildirməkdən imtina edərək “Mən sizinlə küçədə nə vaxt danışmışam ki? Danışmaq istəmirəm, təşəkkür edirəm” deyərək rəfiqəsinin belini qucaqlayıb və oradan ayrılıb.

Qeyd edək ki, Beren Saat adətən KİV nümayəndələrinə qarşı hörmətsizliyi ilə müzakirələrə səbəb olur.

(qafqazinfo.az)