» » Sabah bu ərazilərdə işıq olmayacaq


Sabah saat 11:00-dan 15:30-dək Abşeron rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bu barədə starxeber.az-a "Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.



T.Mustafayevin sözlərinə görə, fasilə 110/35/6 kVt-luq 91 saylı yarımstansiyasında yeni avadanlıqların quraşdırılması işləri ilə əlaqədardır.

Yaranmış narahatlığa görə "Azərişıq” ASC istehlakçılarından üzr istəyir.