Bu ilin 26 iyulda Bakıda keçiriləcək “Jara-2019” beynəlxalq mahnı festivalında xalq artistləri Aygün Kazımova və Filipp Kirkorovun ifa edəcəyi mahnı açıqlanıb.
starxeber.az-ın məlumata görə, Azərbaycan və Rusiya ifaçıları “Jara” festivalında illər əvvəl ifa etdikləri “Jalma” mahnısı ilə çıxış edəcəklər. Mahnının müəllifləri Andrey Morsin və İvan Peevindir. Layihənin musiqi prodüseri Alisherdir.
Xatırladaq ki, Filipp Kirkorov ötən il Bakıda keçirilən “Jara” festivalının məbuat konfransında Aygün Kazımova ilə yenidən duet oxumaq istədiyini söyləmişdi. Xalq artisti isə Kirkorovun təklifinə müsbət cavab vermişdi.