» » Sibel Can Güneli səhnəyə niyə çağırdı?


İstanbulda konsert proqramı ilə çıxış edən türkiyəli müğənni Sibel Canı dinləməyə gələnlər arasında Türkiyədə tanınan azərbaycanlı müğənni Günel Zeynalova da yer alıb.

starxeber.az-ın məlumatına görə, müğənni Sibel Canın arzulanan qonaqları sırasında olub. Sibel Can Güneli səhnəyə dəvət edib. 

Cütlük türkiyəli qonağın istəyi ilə  Sibel Canın “Berivan” mahnısını duet şəklində oxuyub.

Möhtəşəm səsləri ilə bilinən iki məşhur xanımın çıxışı alqışlarla qarşılanıb.

Foto: Hazal AKAL