Prezident İlham Əliyev "UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslərin təltif edilməsi haqqında" sərəncam imzalayıb.
"Qafqazinfo" xəbər verir ki, sərəncama əsasən, 2019-cu il 30 iyun–10 iyul tarixlərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirak etmiş aşağıdakı şəxslər təltif ediliblər:
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Məmmədəliyeva Sevda Yusuf qızı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Kərimov Anar Qabil oğlu
“Tərəqqi” medalı ilə
Abbəkirov Ramil Ələkbər oğlu Axundov Tamerlan Məmmədbağır oğlu Əliyev Rəşad Rahib oğlu Həsənov Seymur Qadir oğlu İbrahimova Xumar Asif qızı Qəmbərova Təranə Əlikram qızı. Bundan başqa, Prezudentin digər sərəncamı ilə Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirak etmiş aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:
Babazadə Aygün Zeynal qızı Bağırlı Araz Fikrət oğlu Bayramov Rizvan Mustafa oğlu Eyvazzadə Vasif Rasif oğlu Əhmədov Əfsun Məzahir oğlu Əliyeva Günay Sabir qızı Xıdırov Ələkbər Şahmar oğlu Pietro Laureano Sami Yusuf.