» » Zakir Həsənov Rusiyaya getdi -


Bu gün Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə yola düşüb.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.


Səfər çərçivəsində Müdafiə naziri avqustun 3-də "Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının açılış mərasimində iştirak edəcək və "Tank biatlonu” müsabiqəsində yarışan Azərbaycan tankçılarının birinci mərhələdə çıxışını izləyəcək.