» » Azərbaycana Rəsədxanadan hava xəbərdarlığı


Maqnit qasırğası gözlənilir, güclü külək əsəcək
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb. Rəsədxanadan verilən məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədə olub. 

"Günəş diski ləkəsizdir. 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb. 

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir.
Proqnoz dövründə (05 - 07 avqust) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə  effektinin güclənməsi hesabına yüksələcəyi, Günəş küləyi parametrlərinin nisbətən güclənəcəyi proqnozlaşdırılır. STEREO-A PLASTIC kosmik aparatının verdiyi məlumatlara görə küləyin sürəti 575 – 600 km/san-yə qədər artacaq.

5- 6 avqustda geomaqnit qasırğası şəraitinin hökm sürəcəyi gözlənilir. Sonuncu proqnoz günü isə (7 avqust) geomaqnit effektlərinin təsirinin azalması səbəbindən qasırğa şəraiti az fəal, nisbətən sakit şəraitlə əvəzlənəcək. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk iki gün 15%-dən,

sonuncu gün isə 10%-dən aşağı qiymətləndirilir".