» » Renat Dadaşov İngiltərə klubu ilə dörd illik müqavilə bağlayıb


Azərbaycanlı futbolçu Renat Dadaşovun keçidi İngiltərənin "Vulverhempton” klubu tərəfindən rəsmən açıqlanıb.

Futbolçumuz İngiltərə Premyer Liqa klubu ilə dörd illik müqavilə bağlayıb. Futbolçu Portuqaliya elitasında çıxış edəcək "Pasuj di Fireyra”ya bir mövsümlük icarəyə verilib.



Yeri gəlmişkən, "Vulverhempton”un idman direktoru Kevin Teluel bu barədə danışıb:

"Renat ötən mövsümdən yaxından izlədiyimiz oyunçudur. Biz onu klubumuzda görməkdən şadıq. Transfer pəncərəsi açılanda biz yalnız təqdimata yox, həm də gələcəyə diqqətlərimizi yönəltmişdik. Çox ümid edirəm ki, Renat gələcəkdə fantastik futbolçuya çevriləcək.

Renatda "Vulverhempton” oyunçusu kimi gördüyümüz bütün xarakterlər var. İndi o, "Pasuj di Fireyra”ya bir il ərzində daha yaxşı futbolçu kimi inkişaf etməsi üçün qayıdır. Bizim azarkeşlər keçmişdə Diuqu Jutanı aldığımız "Pasuj”un heyətində görəcəklər. Biz Renata Renata icarə müddətinə uğurlar arzulayırıq. 2019/20 mövsümündə onu çox yaxından izləyəcəyik”.  

Qeyd edək ki, ötən mövsüm İngiltərə Premyer Liqasında "Top-6” komandalarını büdrətməsi ilə tanınan "Vulverhempton”un baş məşqçisi portuqaliyalı Nunu İşpiritu Santudur.
 
///Oxu.Az