Türkiyədə peşəkar fəaliyyətinə davam edən azərbaycanlı müğənni Seva "Çek-Çek" adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.
starxeber.az-ın məlumatına görə, müğənni mahnını türkiyəli ifaçı Turgay Saka ilə duet şəklində səsləndirib. "Çek-çek"nin sözləri Zafer Kereyyə, musiqisi Turgayın özünə aiddir.
Ekran işinin rejissoru Eyüp Dirlikdir. İfaçı klipdə 4 geyimdən istifadə edib. Sənətçi geyimlərinin dizaynını özü verib.
Seva həmçinin Türkiyənin "DMC" şirkətində işıq üzü görən "Çek-Çek" adlı sinqlını da təqdim edib.