» » Daha bir güləşçimiz gümüş medal QAZANDI

Daha bir güləşçimiz gümüş medal QAZANDI


Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında final görüşünə çıxıb.

starxeber.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada türkiyəli Kerem Kamalla qarşılaşıb.

Rəqibinə 0:8 hesabı ilə uduzan Məmmədli ikinci yerlə kifayətlənib.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) gümüş medala sahib çıxıb.