» » Himn oxumadığına görə döyülən 16 yaşlı qız öldü

Himn oxumadığına görə döyülən 16 yaşlı qız öldü


İranda 16 yaşlı Əsra Pənahi himn oxumadığına görə döyüldükdən sonra dünyasını dəyişib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İranda polis zorakılığı daha bir gənc qızı həyatdan alıb. 

"Dini lider” Xamneyini tərifləyən himni oxumadığı üçün döyülən 16 yaşlı Əsra Pənahi polisin basqın etdiyi qızlar liseyində dünyasını dəyişib.

Bu barədə İran Müəllimlər Birliklərinin Koordinasiya Şurası məlumat yayıb.
 
Ayşən