» » SON DƏQİQƏ! Binəli Yıldırım Cəbrayılda QƏZAYA DÜŞDÜ

SON DƏQİQƏ! Binəli Yıldırım Cəbrayılda QƏZAYA DÜŞDÜ


Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan proqramı çərçivəsində Qarabağda olan AK Partiya sədr müavini Binəli Yıldırım yol qəzası keçirib.

starxeber.az xəbər verir ki, Yıldırımın səhhətinin yaxşı olduğu bildirilib.

Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan proqramı çərçivəsində Qarabağda olan Binəli Yıldırımı daşıyan avtomobil Cəbrayıldan dönərkən qəzaya uğrayıb.

Qəza nəticəsində təhlükəsizlik yastıqları açılan avtomobildən çıxarılan B. Yıldırım təcili yardımla hadisə yerini tərk edib.

Onun səhhətinin yaxşı olduğu və Türkiyəyə qayıtması üçün helikopterlə hava limanına aparılacağı bildirilib.